Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib...

Mərasimdə mədəniyyət naziri Adil Kərimli, ISESCO-nun baş direktoru Səlim M. əl-Malik, BMT Turizm təşkilatının baş icraçı direktoru Zoritsa Uroşevi və BMTSA-nın direktoru Nihal Saad çıxış ediblər.

Mədəniyyət naziri A.Kərimli forumda iştirak edən hər kəsə öz minnətdarlığını bildirib: “Verdiyiniz töhfələrə görə hər birinizə minnətdaram. Bundan sonra yalnız gələcəyə diqqət yetirməliyik. Çünki əlaqələrin gücləndirilməsində mədəniyyətin aparıcı rolu var. Mesajımız isə budur: “Mədəniyyət iqlim dəyişikliklərin aradan qaldırılmasına yardımçı ola bilər”. Sabah biz işğaldan azad olunan Ağdam rayonuna səfər edəcəyik”.

ISESCO-nun baş direktoru Səlim M. əl-Malik, forumdan sonra öhdəlik hiss etdiyini qeyd edib:

“Xüsusi əhəmiyyət kəsb edən iki günün sonuna çatdıq. Mən Azərbaycan prezidentinə təşəkkürümü bildirirəm. Hamımız öz öhdəliklərimizi qəbul edirik. Aparılmış müzakirələr iştirakçılara beynəlxalq tərəfdaşlarla birgə işləmək imkanları yaradacaq. Qloballaşan dünyada qarşılıqlı anlaşma böyük əhəmiyyətə malik amillərdir. ISESCO öz üzərinə düşənləri edəcək. Biz mehriban qonşuluq mühitində yaşamağı öyrənməli, həmrəyliyimizi gücləndirməliyik. Ürəkdən birlikdə çalışmalıyıq”.

BMT Turizm təşkilatının baş icraçı direktoru Zoritsa Uroşevi İncəsənət məbədində görüşdüklərini söyləyib:

“Ən düzgün yerdə məkanda təşkil edilən tədbir idi. Turizm günümüzün ən vacib amilidir və xüsusi əhəmiyyətli hissəsidir”.

BMTSA-nın direktoru Nihal Saad əlavə edib ki, gələcək forumların təşkil olunmasında əməkdaşlıq edəcəyik:

“Biz çox fərəhlənirik. Gələcək forumların təşkil olunmasında fəal əməkdaşlıq edəcəyik. Tam dolu zalda görüşlərimizi keçirdik. Mədəniyyətin aparıcı rolu var. Mədəniyyət bəşəriyyətimizi daha da zənginləşdirir”.

Qeyd edək ki, “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edib. 100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilib. Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCOBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə baş tutub.

***

Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir.

APA xəbər verir ki, forumun ikinci günündə 8 panel, 1 plenar sessiya və parlamentlərarası konfrans keçirilməsi nəzərdə tutulub.

Həmçinin, bu gün forumun bağlanış mərasimi baş tutacaq.

Qeyd edək ki, “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCOBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

"Fənərbaxça" Cenk Tosunla iki illik müqavilə imzalayıb

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Ən çox oxunanalar